“Nəhəng məbləğdir!”- Orban Kiyevə 50 milyard ayırmamağa çağırdı

“Avropa İttifaqı Ukraynaya 50 milyard avro maliyyə yardımını nəzərdə tutan 4 illik öhdəliyə razı olmamalıdır”.

Azpost.info xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

Onun sözlərinə görə, Aİ rəhbərliyinin xalqın fikrinə əhəməiyyət vermir: “Bu gün Avropanın üzərinə dörd illik öhdəlik qoyan və böyük məbləğ tələb edən qərar qəbul etsək, avropalıların fikrinə tamamilə məhəl qoymamış olarıq. Sanki insanların fikrinin əhəmiyyəti yoxdur”.

Baş nazir qeyd edib ki, Macarıstan Aİ-nin Ukraynaya 50 milyard avro ödəmək təklifini dəstəkləmir. Eyni zamanda, o, Budapeştin güzəştə getməyə və hər il Kiyevə tranşların ayrılması ilə bağlı razılığa hazır olduğunu bəyan edib.

Azpost.info

 

Əvvəlki məqalə

ABŞ və Filippin irimiqyaslı hərbi təlimlər keçirəcək

Sonrakı məqalə

“ABŞ qoşunlarını Suriyadan çıxarmır”