“Nəyin bahasına olursa olsun, biz Donbası tək qoymayacağıq” –

PUTİN (VİDEO)
14 Fevral 2021 - 14:24

“Nəyin bahasına olursa olsun, biz Donbası tək qoymayacağıq”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya prezidenti Putin həftənin əvvəlində jurnalistlərlə keçirdiyi qapalı görüşündə deyib.

“Sputinik” İA-nın baş redaktoru Marqarita Simonyan görüşdə Putinə deyib ki, 2014-cü ildə Donbasda “rus baharı” baş verdi. “”Rus yayı”na başlamaq vaxtı deyilmi?” deyə sual verən Simonyana Putin deyib ki, hər hansı qərar qəbul etməzdən onun nəticələri barədə düşünmək lazımdır.

“Donbası isə biz tək qoymarıq. Nəyin bahasına olursa olsun…”-deyə Putin vurğulayıb.