Nabranda yanğının söndürülməsinə FHN-in helikopteri cəlb olunub –

FOTO
17 İyun 2021 - 19:20

Xaçmaz rayonunun Nabran qəsəbəsi yaxınlığında baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən tədbirlər davam etdirilir.

Nazirlikdən verilən xəbərə görə, yanğının söndürülməsini sürətləndirilmək məqsədilə Nazirliyin Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub. İlkin məlumata əsasən, hazırda rayonun Nabran və Niyazoba qəsəbələri yaxınlığındakı quru ot, kol-kol və biçilmiş taxıl sahələrində yanğın davam edir. Yanğının meşə ərazisinə keçmə təhlükəsi yaranıb.

Küləkli hava şəraiti yanğınsöndürmə işlərini çətinləşdirir. Yanğınsöndürmə işləri davam etdirilir.