Naməlum şəxs ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin San-Fransiskodakı evinə daxil olaraq həyat yoldaşı Pol Pelosiyə hücum edib və onu yaralayıb.
Bu barədə “Reuters” məlumat yayıb.
Hadisə vaxtı Pelosi evdə olmayıb.
Hücum edən şəxs saxlanılıb. Pol Pelosi xəstəxanaya yerləşdirilib.