“Narazıyam, Qarabağ məsələsinə biganədirlər” –Separatçı Vardanyan İrəvanı ittiham etdi

“Mənim narahatlığım və narazılığım ondan irəli gəlir ki, erməni xalqı Qarabağ məsələsi kimi mühüm məsələyə lazım olduğu qədər reaksiya vermir”.

Azpost.info bildirir ki, bu sözləri separatçı Xankəndi guruhunun “dövlət naziri” elan edilən milyarder Vardanyan “5-ci kanal”a müsahibəsində deyib.

Vardanyan Ermənistanı və onun vətəndaşlarını Qarabağ əhalisinin düşdüyü bu günkü vəziyyətə laqeyd yanaşmasından narazılıq edib: “Qarabağ kimi mühüm məsələyə biz lazım olduğu güclə reaksiya vermirik. Mənim narazılığı bununla bağlıdır”. 

“Əgər biz Qarabağ uğrunda sona qədər mübarizə apara bilməsək bu hiss bizim səhvimiz olacaq. Biz Qarabağda nə baş verdiyini, Qarabağın gələcəyinin Ermənistana necə təsir edə biləciyini 100 faiz hiss etmirik. Bəzilərində Qarabağa qarşı biganəlik var”– deyə Vardanyan Paşinyan hökümətinin “bostanına daş atıb”.

 

Əvvəlki məqalə

Qurban Qurbanovun dünya reytinqində yeri açıqlanıb

Sonrakı məqalə

“Putinin KİV-lə ünsiyyəti əvvəlki kimi olmayacaq” –