“Putinin KİV-lə ünsiyyəti əvvəlki kimi olmayacaq” –Peskov Putinin səhhətindən danışdı

“Vladimir Putinin səhhəti dövlət təhlükəsizliyi məsələsidir, ona görə də yaxın gələcəkdə dövlət başçısının mətbuatla ünsiyyəti pandemiyadan əvvəlki kimi olmayacaq”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Siz virusların mutasiya proseslərini, qrip dalğalarının nə qədər güclü olduğunu görürsünüz. Bu, prezidentin təhlükəsizliyinə və sağlamlığına cavabdeh olan şəxsləri ehtiyat tədbirləri görməyə məcbur edir. Çünki onun səhhəti dövlət əhəmiyyətli məsələdir”, – Peskov mətbuat konfransları zamanı Putinlə jurnalistlər arasında uzun məsafəni şərh edərkən bildirib.

Azpost.info

Əvvəlki məqalə

“Narazıyam, Qarabağ məsələsinə biganədirlər” –

Sonrakı məqalə

Xalq artisti Ağasəlim Abdullayev xəstəxanaya yerləşdirilib