Nardaranda kürəkən qayınata və qayınanasını bıçaqlayıb

21 Sentyabr 2021 - 08:00

Bakının Sabunçu rayonunda ər və arvad bıçaqlanaraq ağır xəsarətlər alıblar.

Hadisə Nardaran qəsəbəsində baş verib.

1949-cu il təvəllüdlü Əliyev Müzəffər Gülhüseyn oğlu və onun həyat yoldaşı, 1962-ci il təvəllüdlü Əliyeva Kəklik Ağasalah qızı kürəkənləri tərəfindən əvvəlcə döyülüblər. Daha sonra kürəkən qayınanasına 6, qayınataya isə üç bıçaq xəsarəti yetirib. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.