Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

Nardarandakı məşhur qayalıq satılır?

Orkhan Ali 18 İyun 2025 - 20:07 (Last updated: 18 İyun 2025 - 15:09)
Qayalıq

Qayalıq

Nardaran ərazisindəki qayalığın satışa çıxarılması ilə bağlı xəbərlər yayılıb. 

AzPost xəbər verir ki, bununla əlaqədar Real TV süjet hazırlayıb.

Qeyd edilib ki, ölkəmizdə qayayadırmanma əraziləri çox azdır. Bunlardan biri də Nardaran ərazisində yerləşir. Yerli alpinistlər məhz bu təbiət abidəsinin əlverişli relyefinə görə qayalığa məşq etmək və yarışlara hazırlanmaq üçün üz tutur.

Satışla bağlı rəsmi elan paylaşılmasa da, bu xəbər vətəndaşları narahat edib.

İdmançı Leyla Əhmədova deyir ki, onlar bu ərazini qorumasalar, gələcəkdə bu idman növü inkişaf etməyəcək: “Biz qorxuruq ki, sabahı gün bizim imkanımız olmayacaq ki, gələk burada məşq edək. Nardarandakı qaya təbiətin bir hissəsidir, biz buranı necə sataq? Bura hər insan üçün əlçatan olmasa, insanlar buraya gəlməsə, ümumiyyətlə, problem olar”.

Alpinizm Federasiyasının rəsmiləri də qayalığın satışa çıxarılmasını düzgün hesab etmir. Onlar vurğulayır ki, idmançılar təbii qayalıqlardan məhrum olunmamalıdır. Federasiya nümayəndələri, həmçinin bu narazılıqlarını lazımi qurumların diqqətinə də çatdırıb.

Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, hər hansı məqsəd üçün torpaq sahəsinin ayrılması və özəlləşdirilməsi RİH başçısının səlahiyyətləri daxilində deyil. Nardaran zirvəsinin zəbt olunması ilə bağlı yayılan iddialar isə şayiədir: “Yaşayış evləri, ticarət, məişət və s. obyektlərin tikintisi üçün nəzərdə tutulmayan torpaq sahələrinin zəbt edilməklə tikinti işlərinin aparılmasının qarşısının alınması istiqamətində nəzarət gücləndirilib. Bu sahədə Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qabaqlayıcı tədbirlər və monitorinqlər həyata keçirilir”.

Qeyd edək ki, Nardarandakı qaya paytaxt ərazisində satışa çıxarılan ikinci təbiət abidəsidir. Digər qaya isə “Bakıxanov dağı” kimi tanınan “Kühül dağ”ıdır.

Daha ətraflı videomaterialda:

AzPost.az

Post navigation

Previous: İranda MOSSAD-a işləyən 5 casus həbs edildi
Next: Ailə dəyərlərimizin qorunmasında gənclərin tərbiyəsinin rolu və əhəmiyyəti

Oxşar xəbərlər

sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
ilham zengi01
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda – YENİLƏNİB

User 06 Noyabr 2026 - 14:31
ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27

xƏBƏR

badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Badam arıqlamaq istəyənlər üçün ən faydalı çərəzlərdən biri hesab olunur. O, lif, zülal və faydalı yağlarla zəngindir,...
Read more about Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.