Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

“Nar”ın dəstəyi ilə hazırlanan Jest dili tətbiqi tezliklə istifadəyə veriləcək

User 19 May 2025 - 18:30 (Last updated: 21 May 2025 - 20:33)
nar

“Nar”ın dəstəyi ilə hazırlanan Jest dili tətbiqi tezliklə istifadəyə veriləcək.

Sərfəli mobil operator “Nar”ın, həmçinin bp və tərəfdaşlarının dəstəyi, ADA Universiteti və ADA Universiteti Fondunun təşkilatçılığı ilə jest dili üzrə mobil tətbiqin hazırlanması istiqamətində işlər planlı şəkildə davam etdirilir.

Layihənin son rübündə mühüm mərhələyə – məzmunun yaradılmasından tətbiqə inteqrasiya və test prosesinə keçid edilib. Bu təşəbbüs inklüzivliyi təşviq edərək eşitmə və nitq məhdudiyyəti olan şəxslərin digər insanlarla ünsiyyətini asanlaşdırır və onların jest dilini tamamilə ödənişsiz və müəllimə ehtiyac olmadan öyrənməsinə imkan yaradır.

Yaxın zamanda yekunlaşacaq layihə çərçivəsində “Karlara Dəstək” İctimai Birliyinin dəstəyi ilə hazırlanan tədris məzmunu test mühitinə inteqrasiya edilib, server və verilənlər bazası üzrə işlər demək olar ki, tamamlanıb, AWS platformasında yerləşdirmə prosesi icra olunub. Eyni zamanda, tətbiqin əsas funksiyaları test üçün hazır vəziyyətə gətirilib, UI/UX dizayn elementləri yekunlaşdırılıb. İlkin mərhələdə planlaşdırılandan daha çox söz və tədris səhifəsi hazırlanaraq hədəfə doğru davamlı irəliləyiş təmin olunub.

Qeyd edək ki, jest dili üzrə bu mobil tətbiqin hazırlanması layihəsinə “Nar”ın da qoşulması onun inklüziv cəmiyyətin qurulmasına yönəlmiş fəaliyyətindən irəli gəlir. Layihə bu sahədə başladığımız işlərin davamı olaraq, ölkədə işarət dilinin tədrisi və əlilliyi olan şəxslərin informasiya əlçatanlığına dəstək məqsədi daşıyır.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

AzPost.az

Post navigation

Previous: Tarix boyu silinmiş şəhərlər –
Next: Dünyada ən qəribə ömür rekordları –

Oxşar xəbərlər

ilham aliyev
  • Media

Radio və televiziya əməkdaşları təltif olundu – SƏRƏNCAM / SİYAHI

User 05 Noyabr 2026 - 16:37
1
  • Media

TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak edib

User 05 Noyabr 2026 - 13:40
ayfon 17
  • Media

Azərbaycanda iPhone mövqelərini niyə itirir? – Samsung və Xiaomi önə keçir

User 02 Noyabr 2026 - 15:05

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi

User 10 Noyabr 2026 - 20:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə...
Read more about Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi
İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi? pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.