Alyans ölkələrinin Rusiyanın mümkün hücumuna hazırlaşmaq üçün cəmi üç il vaxtı var.
Azpost.info xəbər verir ki, bu, NATO yetkililərinin qənaətidir.
Almaniya, ABŞ və Niderlandda olan yüksək rütbəli generalların fikrincə, təchizat xətlərini pozmaq və müdafiə qabiliyyətini sarsıtmaq üçün Avropada hərbi və mülki hədəflərə qarşı kiberhücumlar və raket zərbələri başlaya bilər.
“The Times” yazır ki, əsas hədəf Almaniya ola bilər ki, qoşunların təchizatı və cəbhə xəttinə ötürülməsi üçün əsas marşrutlar oradan keçir.
“Hücuma məruz qala biləcək obyektlərə silah və sursat zavodları, komanda və idarəetmə mərkəzləri, həmçinin elektrik stansiyaları, körpülər və dəmir yolları daxildir”, – nəşr qeyd edir.
“Niyə düşmən bizə 10 gün ərzində 10 diviziya ığmağa və onun öhdəsindən gəlməli olacağı döyüş qabiliyyəti yaratmağa icazə verməlidir? Biz inanırıq ki, onlar bizimlə bütün istiqamətlərdə vuruşacaqlar”, – ABŞ ordusunun Avropa və Afrikadakı logistikasına rəhbərlik edən briqada generalı Ronald Raqin Berlində keçirilən hərbi konfransda deyib.
Azpost.info