Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

NATO Baltik dənizində hazırlığını gücləndirir

User 29 Sentyabr 2025 - 12:00 (Last updated: 29 Sentyabr 2025 - 00:59)
abs gemi

NATO pilotsuz uçuş aparatları ilə bağlı Danimarkada qeydə alınmış insidentlərdən sonra Baltik dənizində mövcudluğunu gücləndirdiyini açıqlayıb.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, regiona hava hücumundan müdafiə sistemi ilə təchiz olunmuş bir freqat, həmçinin əlavə kəşfiyyat, müşahidə və patrul vasitələri göndəriləcək.

Hazırlığın artırılması həftənin əvvəlində baş vermiş hadisələrlə bağlıdır. Bir neçə iri dron Kopenhagen üzərindəki hava məkanında müşahidə olunmuş və bu, Şimali Avropanın ən böyük hava limanının bir neçə saatlıq bağlanmasına səbəb olmuşdu.

Analitiklərin fikrincə, NATO-nun atdığı addımlar həm qətiyyət nümayiş etdirmək, həm də dronlarla mübarizənin praktiki yollarını tapmaq məqsədi daşıyır.

Hazırlığın gücləndirilməsi yanvar ayında başlanmış “Baltic Sentry” əməliyyatını da tamamlayır. Əməliyyat regionda hava və dəniz məkanına genişləndirilmiş nəzarəti nəzərdə tutur. Burada aviasiya, pilotsuz uçuş aparatları, gəmilər və sualtı qayıqlar iştirak edir. Əməliyyatın məqsədi potensial düşmənçilik fəaliyyətlərinin qarşısını almaqdır.

Bundan əlavə, NATO-nun Baş katibi Mark Rütte sentyabrın ortalarında Rusiya təyyarəsinin Polşanın hava məkanını pozmasından sonra alyansın şərq cinahında əlavə tədbirlərin görüləcəyini açıqlamışdı.

AzPost.az

Post navigation

Previous: TV-yə müsahibədə valideynlərini öldürdüyünü etiraf etdi
Next: “Müharibəni dayandırmaq üçün Trampla işləyirik” –

Oxşar xəbərlər

dublin
  • Dünya

Dublində dünya liderlərinin olduğu məkanın yaxınlığında bomba tapıldı

User 14 Noyabr 2026 - 20:06
tramp cixis
  • Dünya

Tramp İranla müharibənin başa çatdığını bildirib

User 14 Noyabr 2026 - 18:39
paşinyan
  • Dünya

Paşinyan Ermənistanın 20 ildən sonra harada olacağını açıqladı

User 14 Noyabr 2026 - 09:49

xƏBƏR

pehriz qida
  • Maraqlı

Arıqlamaq istəyənlər axşam bu yeməyi yesin – Dietoloqdan ideal resept

User 14 Noyabr 2026 - 23:07
Arıqlamaq istəyən bir çox insan üçün axşam yeməyi əsl sınağa çevrilə bilər. Həm aclığı aradan qaldıran, həm...
Read more about Arıqlamaq istəyənlər axşam bu yeməyi yesin – Dietoloqdan ideal resept
“Bandotdel” Ramiz Mehdiyevin qızının vəkilini saxladı ramiz qizi
  • Sosial

“Bandotdel” Ramiz Mehdiyevin qızının vəkilini saxladı

User 14 Noyabr 2026 - 21:33
Dublində dünya liderlərinin olduğu məkanın yaxınlığında bomba tapıldı dublin
  • Dünya

Dublində dünya liderlərinin olduğu məkanın yaxınlığında bomba tapıldı

User 14 Noyabr 2026 - 20:06
Tramp İranla müharibənin başa çatdığını bildirib tramp cixis
  • Dünya

Tramp İranla müharibənin başa çatdığını bildirib

User 14 Noyabr 2026 - 18:39
Azərbaycanda iş tapmaq daha asan olan sahələr – Hansı peşələrə tələbat artır? is yeri
  • Baş Yazı

Azərbaycanda iş tapmaq daha asan olan sahələr – Hansı peşələrə tələbat artır?

User 14 Noyabr 2026 - 17:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.