NATO baş katibi Yens Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.
Azpost.info xəbər verir ki, söhbət zamanı Finlandiya və İsveçin alyansa üzvlük müraciətləri müzakirə edilib.
Stoltenberqin sözlərinə görə, iyunun 28-30-da Madriddə keçiriləcək NATO sammitində danışıqlar davam etdiriləcək.
“Hörmətli üzvümüz Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanla Finlandiya və İsveçin NATO-ya daxil olma təkliflərini müzakirə etdik. Gələn həftə Brüssel və Madriddə danışıqları davam etdirmək barədə razılığa gəldik”, – Stoltenberq deyib.
Azpost.info
