NATO Baş katibi Azərbaycana gəlib-YENİLƏNİB

NATO-nun Baş katibi Yens Stoltenberq martın 17-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Azərbaycan Respublikasının və NATO-nun bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş katib Yens Stoltenberqi xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

**

NATO Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri başlayıb.

Bu barədə Alyansın X hesabında paylaşım edilib.

Qeyd edilib ki, NATO Baş katibi Bakıdan başlayaraq Azərbaycan, Gürcüstan və Ermənistana səfər edir.

Əvvəlki məqalə

Bakı-Moskva təyyarəsi “Domodedovo” hava limanına enib

Sonrakı məqalə

Prezident İlham Əliyevin NATO Baş katibi ilə təkbətək görüşü olub