NATO çevik reaksiya qüvvələrinin sayının 40 mindən 300 minə yüksəldiləcəyi tarix açıqlanıb.
Azpost.info xəbər verir ki, NATO baş katibi Yens Stoltenberq bunun 2023-cü ilə qədər baş verəcəyini bildirib.
“Biz indi qərar verəcəyik, onun icrasına başlayacağıq, gələn il plana uyğun olaraq qüvvələr hazır olacaq”, – baş katib bildirib.
Onun sözlərinə görə, proses Rusiya ilə sərhəddə ağır texnika və silahların yerləşdirilməsi və şərq cinahın konkret hissələrinin mühafizəsi üçün NATO qüvvələrinin bölüşdürülməsini əhatə edəcək.
Stoltenberq qeyd edib ki, Madriddə keçiriləcək sammitdə NATO liderləri müdafiə xərclərinin artırılması ilə bağlı öhdəliklərini bir daha təsdiq edəcəklər.
Azpost.info
