“NATO ilə tammiqyaslı münaqişə mümkündür” –PUTİN

“Müasir dünyada hər şey mümkündür”.

Bunu Rusiya Prezidenti Vladimir Putin seçki qərargahında jurnalistin NATO qoşunlarının Ukraynaya mümkün göndərilməsi haqqında sualına cavab verərkən bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynada NATO ölkələrinin hərbçilərinin olmasından xəbərdardır: “Ukraynada NATO ölkələrinin hərbçiləri var və onlar üçün yaxşı heç nə yoxdur”.

Putin NATO ilə tammiqyaslı münaqişənin mümkünlüyü haqqında da danışıb: “Hər şey mümkündür. Lakin bu, Üçüncü Dünya müharibəsinə bir addım yaxın olacaq”.

Əvvəlki məqalə

“QHT-lər üçün qrant müsabiqəsinin nəticələri bu gün elan olunacaq” –

Sonrakı məqalə

Füzuli şəhərinə daha 34 ailə yola salınıb