“NATO Liviyada Rusiya qüvvələrinin sayının artmasından narahatdır” –

Baş katib
23 İyun 2020 - 17:47

NATO-ya üzv dövlətlər arasında Liviyadakı vəziyyətlə bağlı fikir ayrılıqları var. Lakin eyni zamanda, NATO-ya üzv dövlətlər Liviyada Rusiya qüvvələrinin sayının artmasından narahatdır”.

APA-nın xəbərinə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüssel forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, NATO Liviyada baş verənləri yaxından izləyir. Stoltenberqbildirib ki, NATO-ya üzv dövlətlər Liviya münaqişəsinin siyasi danışıqlar yolu ilə həllini dəstəkləyir.

NATO-nun baş katibi Rusiyanın qırıcı təyyarələrini və muzdlu döyüşçülərini Liviyaya göndərməsindən narahatlığını ifadə edib.

O vurğulayıb ki, NATO-ya üzv dövlətlər Rusiyanın Liviyada qüvvələrinin sayını artırması ilə bağlı kəşfiyyat məlumatlarını öz aralarında paylaşmaqla bağlı razılığa gəlib.