NATO ölkələri Müdafiə nazirlərinin görüşü keçiriləcək.
APA-nın NATO-nun saytına istinadən verdiyi xəbərə görə, fevralın 12-13-də Brüsseldə Şimali Atlantika Şurasının Müdafiə nazirlərinin görüşü baş tutacaq. İclasa sədrliyi NATO Baş Katibi Yens Stoltenberq edəcək.
Qeyd edək ki, Şimali Atlantika Şurası NATO-nun əsas siyasi qərar qəbuletmə orqanıdır.