MSK seçiciləri qanunsuz ələ almağa çalışan namizədlə bağlı araşdırma aparacaq

99 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizəd Zeynalov Tural Allahverdi oğlunun dairə ərazisində ədalətsizlik kimi qiymtləndirilən hərəkətləri qeydə alınıb.

Trend-in məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında bildirib ki, bununla bağlı həmin dairdən olan digər namizdlərdən MSK-ya məlumat daxil olub: “Tural Zeynalovun qanunu pozması ilə bağlı, seçiciləri ələ almaq üçün onlara ərzaq paylaması kimi hallar qeydə alınıb. Sosial şəbəkələrdə də bununla bağlı məlumat var. Tural Zeyanolov özü də sosial şəbəkə profilində belə fotolar paylaşıb. Belə halların qarşısı alınmalı və namizədlər üçün bərabər şərait yaradılmalıdır”.

MSK-nın iclasında həmin namizədlə bağlı araşdırma aparılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

NATO Müdafiə nazirlərinin görüşü keçiriləcək

Sonrakı məqalə

Deputatlığa namizədlərin sayı 1447 nəfərə çatıb