Bu gündən NATO-nun Avropadakı komandanlığına amerikalı general Kristofer Kavoli rəhbərlik edəcək. O, bu vəzifədə başqa bir amerikalı general Tod Uoltersi əvəzləyəcək.
Azpost.info xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
General Kavoli rus dilində mükəmməl danışır və ABŞ-ın Yel Universitetində rusşünaslıq üzrə magistr dərəcəsi alıb. O, Birləşmiş Qərargah Rəisləri Komitəsində Rusiya üzrə direktor vəzifəsində çalışıb.
Azpost.info
