Estoniyanın keçmiş baş naziri Kaya Kallas Yens Stoltenberqdən sonra NATO-nun Baş katibi postunu tutmaq üçün ideal namizəddir.
Azpost.info xəbər verir ki, bu barədə TASS Brüsseldəki beynəlxalq qurumlardakı mənbəyə istinadən məlumat yayıb.
“Optimal profil Estoniyanın keçmiş baş naziri Kaya Kallasdır. Bu postu tutmaq üçün bütün meyarlara cavab verir. O qadındır (bu, alyansa inklüzivlik qatacaq), Baltikyanı ölkələrin nümayəndəsidir, Rusiyaya qarşı aydın tənqidi mövqeyə və bu ölkə ilə bağlı bilgiyə malikdir”, – məlumatda qeyd olunur.
Azpost.info