“NATO qarşıdurma məqsədi ilə yaradılan aqressiv blokdur”- PESKOV

“NATO qarşıdurma məqsədi ilə yaradılıb və bunu nümayiş etdirməkdə davam edir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov alyansın çevik reaksiya qüvvələrinin sayını artırmaq planlarını şərh edərkən deyib.

Onun fikrincə, NATO kifayət qədər aqressiv blokdur.

Peskov əlavə edib ki, Rusiya Müdafiə Nazirliyi NATO planları fonunda qərb sərhədlərinin uyğun şəkildə gücləndirilməyə hazırlaşır.

Azpost.info

Əvvəlki məqalə

G7 liderləri Çini Rusiyaya təzyiq göstərməyə çağırıblar

Sonrakı məqalə

Türkiyə, İsveç və Finlandiyanın liderləri Madriddə görüşəcəklər