“NATO qoşunlarını Ukraynaya yerləşdirməyəcək” –Baş katib Stoltenberq

“NATO öz silahlı qüvvələrini Ukraynaya yerləşdirməyəcək. NATO-nun kollektiv təhlükəsizliklə bağlı Vaşinqton sazişinin 5-ci maddəsi üzv ölkələrə şamil edilir”.

Bu açıqlama ilə NATO-nun Baş katibi Yens Stoltenberq onlayn konfransda çıxış edib.

“NATO qoşunlarını Ukraynaya yerləşdirməyəcək. 5-ci maddə tərəfdaş ölkəyə münasibətdə tətbiq edilə bilməz. NATO-nun öz ərazisini mühafizə etməsi ilə Ukraynaya hərbçi hazırlığında kömək etməsi və silah göndərməsini dəqiq fərqləndirmək lazımdır”- deyə Baş katib əlavə edib.

“Rusiya öz sərhədlərində daha az NATO qüvvəsi görmək istəyir. Halbuki, Ukraynaya hücum olacağı təqdirdə bunun tam əksi baş verəcək”, – deyə Stoltenberq vurğulayıb.

NATO rəhbəri bildirib ki, Alyans Ukrayna ətrafındakı gərginliyin diplomatik yolla həllinin tərəfdarıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

YAP-ın 64 rayon təşkilatına yeni sədrlər təyin olunub –

Sonrakı məqalə

ABŞ bir daha Rusiyanı Ukrayna sərhədindən geri çəkilməyə çağırıb