ABŞ bir daha Rusiyanı Ukrayna sərhədindən geri çəkilməyə çağırıb

ABŞ bir daha Rusiyanı Ukrayna ilə sərhədlərdən qoşunlarını geri çəkməyə çağırıb.

ABŞ-ın Moskvadakı səfiri Con Sallivan yanvarın 28-də bildirib ki, Vaşinqton indi Ukrayna böhranından çıxmaq üçün diplomatik yolla bağlı yazılı təkliflərinə cavabını gözləyir. O, Amerika və Rusiya diplomatlarının bundan sonra görüşəcəyinə ümidini bildirib.

Sallivan diplomatiyanın irəliyə yeganə yol olduğunu desə də, bunun yalnız Rusiya Ukrayna ilə sərhəddən qüvvələrini çəkəcəyi halda mümkün olduğunu söyləyib.

“Silahı masanın üstünə qoyaraq sülhlə gəlirsizsə, bu təhdid yaradır”, – Sallivan onlayn brifinqdə vurğulayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“NATO qoşunlarını Ukraynaya yerləşdirməyəcək” –

Sonrakı məqalə

Yanvar ayı üzrə bütün müavinət və pensiyalar ödənilib