“NATO Rusiya ilə birbaşa münaqişəyə hazırdır”.
Azpost.info bildirir ki, bu barədə NATO hərbi komitəsinin rəhbəri Rob Bauer Portuqaliyanın RTP telekanalına müsahibəsində deyib. O bildirib ki, yenidən silahlanma NATO-nun prioritetlərindəndir.
Bauerin fikrincə, Rusiyanın strateji məqsədi Ukrayna çərçivəsindən kənara çıxır. Bununla yanaşı Bauer etiraf edib ki, NATO hərbi təşəbbüslər üzərində monopoliyanı itirib.
Bundan əvvəl NATO-nun baş katibi Stoltenberq bildirib ki, Ukrayna müharibəsindən sonra da Rusiyanın Qərb ölkələri ilə münasibətləri normallaşmayacaq.
