NATO Rusiyanı Avropada GPS sistemini tıxamaqda ittiham edib

Şərqi Avropada hava yolları, smartfonlar və silah sistemləri tərəfindən istifadə edilən peyk siqnallarının tıxanmasının arxasında Rusiya dayana bilər.

Azpost.info xəbər verir ki, bunu Estoniya Müdafiə Qüvvələrinin komandanı Martin Herem “Bloomberg”ə bildirib.

O qeyd edib ki, Baltikyanı regionda qlobal yerləşdirmə sistemində (GPS) fasilələr 2023-cü ildə baş verməyə başlayıb və xüsusilə bu ay Finlandiyadan Polşaya və Qara dəniz regionuna qədər olan ərazidə böyük nasazlıq qeydə alınıb.

“Kimsə bunu edir və biz bunun Rusiya olduğunu düşünürük”, – Herem deyib.

Onun fikrincə, Kreml NATO ilə potensial münaqişə riski fonunda bunu etmək qərarına gəlib.

Azpost.info

Əvvəlki məqalə

Bulvarda dava salan MMA döyüşü üzrə idmançılar həbs edilib –

Sonrakı məqalə

Türkiyəli nazir “ASAN xidmət”də