NATO Rusiyaya təhlükə mənbəyi kimi baxmır.
Azpost.info TASS-a istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
Onun sözlərinə görə, NATO yaxın gələcəkdə Moskva ilə toqquşma üçün birbaşa risk görmür.
Baş katib vurğulayıb ki, nə bütövlükdə Alyansa, nə də onun ayrı-ayrı üzvlərinə təhlükə yoxdur. Stoltenberqin sözlərinə görə, bununla yanaşı, NATO Ukraynada münaqişə başlayandan dərhal sonra Şərqi Avropada təhlükəsizlik səviyyəsini və qoşunların hazırlığını artırıb.
Brüssel Rusiyanın hərbi əməliyyatının gedişatını diqqətlə izləyir və sistemli şəkildə Şərqdəki qoşun kontingentini artırır. Stoltenberqin sözlərinə görə, NATO-nun əsas məqsədi münaqişənin, o cümlədən alyansın müttəfiq dövlətlərindən birinə mümkün hücuma görə genişlənməsinin qarşısını almaqdır.
Bununla yanaşı, Stoltenberq əmindir ki, müttəfiqlər Ukraynaya hərbi-siyasi dəstəyi davam etdirməli və Avropadakı qeyri-sabitlik fonunda öz təhlükəsizliyini gücləndirməlidir.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin mütəmadi olaraq NATO ölkələrindən gələn təhlükədən danışır.