Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyəcək-"Reuters"

Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyəcək.

Azpost.info bildirir ki, bu barədə “Reuters” Avropa İttifaqı rəhbərliyindəki mənbəyə istinadən xəbər verir.

Agentlik qeyd edir ki, müsadirə Brüsselin özünə zərər verə bilər.

Mənbənin sözlərinə görə, Aİ üzvləri arasında bu məsələdə razılıq əldə olunmayıb. Avropalıların fikrincə, suveren aktivlərin müsadirəsi həddən artıq çox risklər daşıyır. Belə ki, Lüksemburqun Maliyyə Nazirliyinin rəhbəri Xavier Bettel xəbərdarlıq edib ki, ola bilsin ki, aktivlərin Kiyevə ötürülməsi ilə bağlı vəziyyət yaransın. Altı aydan sonra bunu qadağan edən qanuni qərar veriləcək.

Avropa İttifaqı Rusiya Federasiyası Mərkəzi Bankının aktivlərini müsadirə etmək əvəzinə, bu vəsaitlərə vergi tətbiq etmək niyyətindədir.

Əvvəlki məqalə

“Yer kürəsində bir milyard insanabənzər robot peyda olacaq” –

Sonrakı məqalə

“NATO Rusiyaya təhlükə mənbəyi kimi baxmır” –