“NATO sərhədlərimizə doğru irəliləməsini dayandırmalıdır” –

Putinin mətbuat katibi
21 Noyabr 2021 - 15:42

“NATO Moskva ilə Qərb arasında münasibətlərdə mövcud gərgin vəziyyətdən çıxış yolu tapmaq üçün Rusiya sərhədləri yaxınlığında təxribat xarakterli fəaliyyətləri və hərbi infrastrukturunun sərhədlərimizə doğru irəliləməsini dayandırmalıdır”.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov “Rossiya1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” verilişində bildirib.
D. Peskov deyib ki, çıxış yolu var: “ABŞ və onun müttəfiqləri sərhədlərimiz yaxınlığında hərbi güc cəmləməyi dayandırmalıdır”.