NATO Slovakiyaya əlavə hərbi qüvvələr göndərməyi nəzərdən keçirir

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Slovakiyaya əlavə hərbi qüvvələrin yerləşdirilməsini nəzərdən keçirir.

Slovakiyanın xarici işlər naziri İvan Korcok parlamentin xarici işlər komitəsinin iclasından sonra bu məlumatı təsdiqləyib. O, hələlik heç bir qərarın verilmədiyini vurğulayıb.

Slovakiyanın TASR agentliyinin məlumatına əsasən, NATO-nun planları arasında Rumıniya, Bolqarıstan, Macarıstan və Slovakiyaya min hərbçinin göndərilməsi gündəmdədir.

Parlamentin xarici əlaqələr komitəsinin qeyri-rəsmi iclasında İ.Korcok Ukraynada və onun sərhədində baş verənlər, davam edən diplomatik danışıqlar barədə məlumat verib: “Gəldiyim qənaət odur ki, vəziyyət həqiqətən gərgindir, lakin həll edilə bilər. Bununla belə, gərginliyin azaldılması istiqamətində mütləq addımlar atılmalıdır, biz burada Ukraynaya qarşı hərbi əməliyyatın keçirilə biləcəyi ilə bağlı real təhlükədən imtina etməliyik, bu, qəbuledilməzdir”, – deyə o bildirib.

Nazir, həmçinin qeyd edib ki, hərbçilərin göndərilməsi Slovakiyanın tələbi əsasında baş vermir, bu, alyansın mövcud vəziyyətə reaksiyası olaraq normal müdafiə planlamasıdır. NATO yaxın günlər və həftələrdə bu mövzu barədə qərarını açıqlaya bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyada COVID-19-a yoluxanların sayı 360 milyon nəfəri keçib –

Sonrakı məqalə

Qırğızıstanla Tacikistan atəşkəs barədə razılığa gəliblər