Qırğızıstanla Tacikistan atəşkəs barədə razılığa gəliblər

Qırğızıstan və Tacikistan rəsmiləri atəşkəs və sərhəd münaqişəsi baş verən əraziyə yerləşdirilən əlavə qüvvələrin çıxarılması barədə razılığa gəliblər.

Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

“Tam atəşkəsin bərpası, tərəflərin hər birinin sərhədə cəlb etdiyi əlavə qüvvə və vasitələrin daimi dislokasiya yerlərinə qaytarılması, Batken-İsfanə magistral yolu ilə hərəkətin açılması, habelə birgə patrul xidməti haqqında razılıq əldə olunub. Münaqişənin qarşısını almaq üçün Qırğızıstan və Tacikistanın hüquq-mühafizə orqanlarının əməkdaşları sərhədyanı ərazilərə yerləşdirilib”, – məlumatda deyilir.

Sərhəd Xidmətinin məlumatına görə, görüş zamanı iki ölkənin nümayəndə heyətləri iki dövlətin sərhədçiləri arasında münaqişənin başladığı Tort-Koço bölgəsinə də baş çəkiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

NATO Slovakiyaya əlavə hərbi qüvvələr göndərməyi nəzərdən keçirir

Sonrakı məqalə

Dövlət Departamenti: İran nüvə sazişi üzrə ABŞ-la birbaşa danışıqlara razılıq vermir