NATO Ukraynada hərbi əməliyyatlar aparmaq niyyətində deyil.
Bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin bu gün Brüsseldə keçirilən mətbuat konfransında deyib.
“Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Ukraynada hərbi əməliyyatlarda iştirak etmək niyyətində deyil. Biz Rusiya Prezidenti Vladimir Putinin Ukraynada başladığı müharibəyə sürüklənməyəcəyik”, – deyə Pentaqon rəhbəri bildirib.
“Bununla belə, biz NATO-nun müdafiəsini gücləndirəcəyik”, – deyə Ostin əlavə edib. (APA)
