NATO Ukraynada müharibənin başa çatması ilə bağlı ssenariləri müzakirə edir.
Azpost.info bildirir ki, bu barədə Bloomberg məlumat yayıb.
Agentliyin məlumatına görə, NATO ölkənin mövqeyini və atəşkəslə bağlı mümkün danışıqları gücləndirmək üçün Ukraynaya hərbi yardımı artırmağı planlaşdırır.
Materialda həmçinin bildirilir ki, atəşkəs üçün mümkün variantlar arasında Avropa qoşunlarının nəzarəti altında silahsızlaşdırılmış zonanın yaradılması da var.