“NATO Ukraynadakı münaqişənin tərəfinə çevrilib” –Rusiya Təhlükəsizlik Şurasının katibi

“NATO faktiki olaraq Ukraynadakı münaqişənin tərəfinə çevrilib”.

Azpost.info bildirir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev “Arqumentı i faktı” qəzetinə bildirib.

Onun sözlərinə görə, NATO Ukraynanın Rusiya ərazilərinin atəşə tutulmasının təşkilində fəal iştirak edir və Kiyevə silahların yeni tədarükü ilə bağlı kollektiv qərarlar qəbul edir.

“NATO faktiki olaraq Ukrayna münaqişəsinin tərəfidir. Qurumda texniki və uzaqmənzilli zərbələrə imkan verən yeni silah təchizatı ilə bağlı kollektiv qərarlar qəbul edilir”, – Patruşev NATO-nun yaradılmasının 75-ci ildönümü ilə əlaqədar müsahibəsində bildirib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.