“NATO ölkələri əgər Ukraynanın Alyansa üzv qəbul etməyə hazır deyillərsə o zaman ölkənin təhlükəsizliyi üçün hüquqi təminatları işləyib hazırlamalıdırlar”.
Azpost.info bildirir ki, bu barədə Ukrayna prezidenti Zelenski Röyter və CNN-ə müsahibəsində deyib.
Zelenski beynəlxalq ictimaiyyəti Ukraynaya daha çox dəstək verməyə və ölkə ərazisində uçuşsuz zona elan olunmasına çalışmalıdır: “Söhbət NATO ölkələrini müharibəyə sürükləməkdən getmir. Həqiqət belədir ki, hamı artıq çoxdan müharibəyə cəlb olunub. Ukrayna ilə deyil, Rusiya ilə- tam miqyaslı müharibə gedir”-deyə prezident bildirib.
Zelenskinin sözlərinə görə, ABŞ prezidenti ilə söhbətində Bayden ona deyib ki, bu addımı atmağın hələ zamanı deyil. “Əgər tərəfdaşlarımız Ukraynanı NATO üzvlüyünə qəbul etməyə hazır deyilsə…Rusiya bunu istəmir-o zaman Ukraynanın təhlükəsizliyi üçün ümumi təminatlar işlənməlidir”
“Bu o deməkdir ki, biz öz ərazi bütövlüyümüzə malik oluruq, sərhədlərimiz müdafiə olunur, bütün qonşularımızla xüsusi əlaqələrimiz olur, biz tam təhlükəsizlikdə oluruq və təhlükəsizliyimiz hüquqi tərəfdən təminat altına düşür”-deyə Zelenski vurğulayıb.