Rusiya Prezidenti Putinin imzaladığı Qərbin sanksiyalarına qarşı əlavə tədbirlər haqqında Fərmana əsasə ölkədən dəyəri 10 min dollardan çox olan nağd valyutanın çıxarılmasını qadağan edib.
Bu barədə Putinin Kremlin saytında dərc olunan fərmanında deyilir.
Fərmanda deyilir ki, 2 mart 2022-ci il tarixindən 10 min dollar ekvivalentindən artıq olan və Rusiya Federasiyası Mərkəzi Bankının rəsmi məzənnəsi ilə hesablanmış nağd xarici valyutanın və/və ya xarici valyutada olan pul alətlərinin Rusiya Federasiyasından çıxarılması qadağan edilir.
Bundan əlavə, fərman Rusiyanın “dost olmayan ölkələr”dən olan qeyri-rezidentlərə və onların nəzarətində olan strukturlara hökumət komissiyasının razılığı olmadan qiymətli kağızlar və daşınmaz əmlakla əməliyyatlar aparmağı, rubl kreditləri almağı qadağan edir.
Fərmanın mətnində göztəririlir ki, sənəd Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə bağlı “ABŞ və onlara qoşulmuş xarici dövlətlərin və beynəlxalq təşkilatların qeyri-dost və beynəlxalq hüquqa zidd hərəkətləri ilə əlaqədar” imzalanıb.
Qeyd edək ki, indiyə kimi Rusiya Federasiyasından 10 min dollardan çox məbləğdə nağd pul çıxararkən bəyannamə təqdim edilməli idi.