Naxçıvan Beynəlxalq Hava Limanına nəzarət «Azərbaycan Hava Yolları» şirkətinə – AZAL-a keçib. FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir. Hesabatda bildirilir ki, indiyədək Naxçıvan Beynəlxalq Hava limanının AZAL-a 35 milyon 249 min manat borcu yaranmışdı və buna görə ehtiyat yaradılırdı. Hava Limanının AZAL-ın nəzarətinə keçməsindən sonra isə buna ehtiyac qalmayıb.

AzPost.az