Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Naxçıvan Ali Məclisi sədr seçə bilmədi, namizədə səs vermədilər

User 26 Sentyabr 2024 - 13:38 (Last updated: 21 May 2025 - 20:15)
naxcivan mellsi

Sentyabrın 26-da yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyarət ediblər.

Ali Məclisin növbəti çağırışının ilk iclasını Ali Məclisin ən qocaman deputatı olan Ramiz Məmmədov aparıb.

Ali Məclis sədrinin seçilməsi məsələsinə baxılıb, Ali Məclisin sədri vəzifəsinə təklif olunan namizəd dəstəklənmədiyi üçün Ali Məclisin sədr müavinlərinin seçilməsi məsələsinin müzakirəsinə başlanılıb.

İclasa sədrlik edən deputat Ramiz Məmmədov bildirib ki, Ali Məclisin Daxili Nizamnaməsinə əsasən, Ali Məclis sədrinin müavinləri Ali Məclisin deputatları sırasından açıq səsvermə yolu ilə seçilir.

Nizamnaməyə uyğun olaraq Ali Məclis sədrinin müavini vəzifəsinə namizədliyi, ilk növbədə, Ali Məclisin sədri, sonra isə Ali Məclisin deputatları irəli sürə bilərlər.

Ali Məclisin sədri seçilmədiyindən təklif üçün söz deputatlara verilib.

Deputatlar təkliflər irəli sürüb.

Səsvermə nəticəsində Məmmədov Bəxtiyar İbrahim oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, Abdullayev Arzu Kamal oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini seçilib.

Bununla da yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası başa çatıb. (APA)

Post navigation

Previous: Quduzluq və xəstəliyin əlamətləri…
Next: Elon Mask tarixə düşəcək yeni “Tesla”nı təqdim etməyə hazırlaşır

Oxşar xəbərlər

market
  • Baş Yazı

Ölkədə ailənin ərzaq xərci nə qədər artıb? – Ən çox hansı məhsullar bahalaşıb?

User 28 Oktyabr 2026 - 14:34
enerji
  • Baş Yazı

Azərbaycanın elektrik ixracı 67% azalıb – ölkə niyə xaricə daha az enerji satır?

User 28 Oktyabr 2026 - 12:26
ilham forum cixis
  • Baş Yazı

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunda ÇIXIŞI -TAM MƏTN

User 27 Oktyabr 2026 - 16:58

xƏBƏR

tramp erdoqan gorus
  • Dünya

Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər

User 28 Oktyabr 2026 - 23:21
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezident Administrasiyası...
Read more about Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər
İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib ilham aliyev
  • Siyasət

İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib

User 28 Oktyabr 2026 - 22:44
Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin yuxu yat
  • Maraqlı

Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin

User 28 Oktyabr 2026 - 22:24
Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05
Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama xerson surasi
  • Dünya

Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama

User 28 Oktyabr 2026 - 21:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.