Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub

Avqustun 9-u saat 17:10-dan 17:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutub.

Bu barədə məlumatı üdafiə Nazirliyi yayıb.

Bildirilir ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Gədəbəydə avtomobil aşıb, 8 nəfər xəsarət alıb

Sonrakı məqalə

Rusiyada şəhər xəstəxanasında oksigenin kəsilməsi nəticəsində 9 nəfər ölüb