Naxçıvan Perinatal Mərkəzinin direktor müavini işdən çıxarılıb

Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinin direktorunun müavini işdən azad edilib.

Perinatal Mərkəzin direktorunun Müalicə işləri üzrə müavini Nəzakət Quliyeva tutduğu vəzifədən azad olunub. Onun vəzifə təlimatı qaydalarını pozaraq, vəzifələrinin icrasına laqeydlik göstərdiyinə görə işdən uzaqlaşdırıldığı bildirilir.

N. Quliyeva mərkəzin həkimi kimi də işdən çıxarılıb.

Bundan başqa, Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxovun müvafiq əmri ilə Kifayət Məmmədova Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinə direktor müavini – baş həkim təyin olunub. (APA)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.