Naxçıvan sakinindən tapança götürülüb –

FOTO
28 Fevral 2020 - 11:34

Bakıda Naxçıvan sakinindən silah-sursat götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şərur rayon sakini, əvvəllər məhkum olunmuş İ.Bağırovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 8 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.