Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Naxçıvana təyyarə biletləri onlayn satışa çıxarılır –

User 17 İyun 2023 - 09:41 (Last updated: 21 May 2025 - 20:15)
azal

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı ilə Naxçıvan arasında reyslərə aviabiletlərin alınması prosedurunu asanlaşdıracaq. Yaxın zamanlarda biletləri yalnız onlayn şəkildə aviaşirkətin rəsmi www.azal.az saytından əldə etmək mümkün olacaq.

Bu dəyişiklik sərnişinin AZAL-ın kassalarında keçirdiyi vaxtını xeyli azaldacaq və biletlərin alınması prosesini onun üçün daha asan və şəffaf edəcək.

Bu istiqamətdə aviabiletlərin onlayn satışına tam keçidin dəqiq tarixi daha sonra açıqlanacaq.

Respublika daxilində reyslərə aviabiletlərin dəyəri Tarif Şurası tərəfindən tənzimlənir və hazırda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətləri üzrə Azərbaycan vətəndaşları üçün 60 manat, xarici vətəndaşlar üçün isə 70 manat təşkil edir.

“Mümkün fırıldaqçılıq hallarının qarşısını almaq üçün sərnişinlərdən diqqətli olmalarını və biletləri yalnız rəsmi internet saytından almalarını xahiş edirik”, – AZAL-dan bildirilib.

Bundan əlavə, 18 yaşınadək əlil uşaqlara, tələbələrə, həmçinin I və II qrup əlillərə 10 manat məbləğində endirim tətbiq olunur. Bu kateqoriyalardan olan sərnişinlər üçün aviabiletlər yalnız Bakı və Naxçıvan hava limanlarında aviaşirkətin rəsmi kassalarında rəsmiləşdirilə bilər. Biletlər alınarkən sərnişinlər müvafiq sənədləri təqdim etməlidirlər.

Qeyd edək ki, AZAL hər gün Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 4 müntəzəm reys həyata keçirir, tələbatdan və aviaşirkətin texniki imkanlarından asılı olaraq bu marşrut üzrə əlavə reyslər yerinə yetirilir.

Aviadaşımalar mövsümündə yüksək tələbat olsa da, bu marşrut üzrə uçuşların sayı bütün proqnozları üstələyir. Təkcə son bir həftə ərzində bu istiqamətdə hər gün 10-a yaxın uçuş yerinə yetirilib və gündəlik 2 mindən çox sərnişin daşınıb.

Azpost.info

Post navigation

Previous: Bakıda 19 yaşlı sürücü 60 yaşlı qadını vuraraq öldürüb
Next: ABŞ-ın dövlət borcu ilk dəfə 32 trilyon dolları ötüb

Oxşar xəbərlər

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.