Naxçıvanda 5 nəfər dəm qazından zəhərlənib

Naxçıvanda dəm qazından zəhərlənmə halları qeydə alıb.

Şərur rayon Danyeri kənd sakinləri Tahirə Cəfərova və Nisə Cəfərova evdə qaz sızması nəticəsində zəhərləniblər.

Digər zəhərlənmə halı isə Babək rayon Buzqov kəndində qeydə alınıb. Belə ki, kənd sakinləri Aydan və Əsli Əhmədli bacıları evdə zəhərləniblər. İlkin məlumata görə, zəhərlənməyə səbəb hamamda dəm qazının sızması olub.

Ordubad rayon Nüsnüs kənd sakini Məhəmməd Əhmədli isə yaşadığı ünvanın hamam otağında dəm qazından zəhərlənib.

Zərərçəkənlər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri sabitdir.

Hər üç faktla bağla araşdırma aparılır. (APA)

Əvvəlki məqalə

Azərbaycanın fəxri olan əfsanəvi qəhrəman –

Sonrakı məqalə

Tofiq Yaqublu azadlığa buraxıldı