Naxçıvan şəhərinin inzibati ərazisinə daxil olan Qaracuq kəndində şəhid Sahil Məmmədovun ailəsinin yaşadığı ev yanıb.
Hadisə dünən gecə saatlarında baş verib. Hadisə zamanı şəhidin evi tam olaraq yanıb və yararsız hala düşüb.
Şəhidin atası Rasim Məmmədov deyir ki, yanğın baş verən zaman bütün ailə üzvləri evdə olub. Xoşbəxtlikdən evdə olanların heç biri xəsarət almayıb. Eyni zamanda, şəhid Sahil Məmmədova aid əşyaların bəziləri də hadisə zamanı yanıb.
Hadisə yerinə gələn Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən yanğın dərhal söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 312 m² olan birmərtəbəli 6 otaqlı fərdi yaşayış evin dam örtüyünün yanar konstruksiyaları, eyvanın dam örtüyünün yanar konstruksiyaları və fərdi yaşayış evin həyətində tikilmiş ümumi sahəsi 32 m² olan yardımçı tiklinin dam örtüyünün yanar konstruksiyaları yanıb.
Aparılan ilkin araşdırma zamanı evin qısaqapanmadan yandığı bildirilir(apa).