Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Naxçıvanın yeni Baş naziri kollektivə təqdim edilib

User 25 Aprel 2024 - 19:56 (Last updated: 21 May 2025 - 20:15)
naxcıvan bas

Bu gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Azərbaycan Respublikası Prezidentinin təqdimatına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə təyin edilmiş Ceyhun Cəlilovu Nazirlər Kabinetinin kollektivinə təqdim edib.

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxışında təyin edilmiş hər hansı bir dövlət məmurunun öz işinin öhdəsindən gəlməli olduğunu bildirib. Qeyd edib ki, dövlət məmuru ölkə başçısının qarşıya qoyduğu vəzifələri layiqincə icra etməli, ətrafda ətalətin yaranmasına yol verməməli və öz üzərinə düşən vəzifələri vaxtında yerinə yetirməlidir.

Fuad Nəcəfli bildirib ki, Nazirlər Kabinetinin vəzifəsi sosial- iqtisadi proqramların vaxtında və keyfiyyətli icra edilməsidir: “Ancaq bir çox hallarda müvafiq proqrmaların icrası zamanı gecikmələr yaşanırdı. Nazirlər Kabineti fəaliyyətini düzgün istiqamətdə qurmaqda çətinlik çəkirdi. Bu da Naxçıvan Muxtar Respublikasında bir sıra işlərin ləng getməsinə səbəb olurdu. Güman edirəm ki, artıq bu kimi hallar tez bir zamanda aradan qaldırılacaq, bütün gücümüzü, səylərimizi birləşdirib muxtar respublikanın inkişafına mühüm töhfələr verəcəyik”.

Səlahiyyətli nümayəndə diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Bu Proqram çox əhəmiyyətli sənəddir. Dövlət Proqramının məqsədi davamlı iqtisadi artımın təmin edilməsi, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi və ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdən ibarətdir. Muxtar respublikanın müasir yol xəritəsi sayılan bu Dövlət Proqramı iqtisadiyyatın inkişafı, o cümlədən əlverişli biznes mühitinin yaradılması, ticarətin, ixracyönümlü sənayenin, kənd təsərrüfatı məhsulları istehsalının və emalının, turizmin, sosial sektorun, insan kapitalının və infrastruktur təminatının inkişafı, elektrik enerjisi istehsalının artırılması, institusional inkişaf, ətraf mühitin mühafizəsinin gücləndirilməsi kimi 11 prioritet istiqamət üzrə fəaliyyətlərin dəstəklənməsini nəzərdə tutan sənəddir.

Fuad Nəcəfli onu da qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında 2023-cü il 30 dekabr tarixdə Sərəncam imzalayıb. Azərbaycan dövlətçiliyi tarixində mühüm yer tutan Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubileyinin qeyd edilməsi muxtar respublikanın tarixində mühüm hadisədir. Ümummilli Lider Heydər Əliyevin “Naxçıvanın muxtariyyəti tarixi hadisədir” fikirini diqqətə çatdıran səlahiyyətli nümayəndə deyib: “Addımlarımızı elə atmalıyıq ki, Prezident İlham Əliyevin muxtar respublikanın inkişafı ilə bağlı verdiyi tapşırıqları vaxtında və layiqincə yerinə yetirək”.

Post navigation

Previous: Bakcell” ilə innovasiya dövrü başlayır!
Next: Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Oxşar xəbərlər

gemi
  • Sosial

Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batıb

User 23 Oktyabr 2026 - 14:23
aqac
  • Sosial

Sumqayıtda ağacəkmə aksiyası keçirilib

User 23 Oktyabr 2026 - 13:17
istiler
  • Sosial

2026-cı ilin yayında Avropada 50 min insan istidən ölüb

User 23 Oktyabr 2026 - 13:00

xƏBƏR

aqrar03
  • Baş Yazı

Azərbaycanda aqrar sahə ilə bağlı yeni qanun hazırlanır – Fermerləri nə gözləyir?

User 23 Oktyabr 2026 - 15:05
Azərbaycanda kənd təsərrüfatının təşkili, torpaqlardan istifadə və fermerlərin məhsullarını bazara çıxarması ilə bağlı qaydalar yeni qanunla tənzimlənə...
Read more about Azərbaycanda aqrar sahə ilə bağlı yeni qanun hazırlanır – Fermerləri nə gözləyir?
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib -YENİLƏNİB ilham ferhad
  • Baş Yazı

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib -YENİLƏNİB

User 23 Oktyabr 2026 - 14:58
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batıb gemi
  • Sosial

Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batıb

User 23 Oktyabr 2026 - 14:23
Azərbaycan Avropaya yaşıl enerji satacaq – Ölkə ildə nə qədər qazana bilər? / ANALİZ yasil enerji esas
  • Baş Yazı

Azərbaycan Avropaya yaşıl enerji satacaq – Ölkə ildə nə qədər qazana bilər? / ANALİZ

User 23 Oktyabr 2026 - 14:19
80 yaşlı Tramp özünü qoca saymır: “Mənə 40 yaş vermək olar” tramp cixis
  • Dünya

80 yaşlı Tramp özünü qoca saymır: “Mənə 40 yaş vermək olar”

User 23 Oktyabr 2026 - 14:08
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.