Nazarbayev Prezidentlikdən getdiyinə görə təəssüflənmir:

"Düz eləmişəm..."
11 Oktyabr 2019 - 12:04

Prezident vəzifəsindən getdiyimə görə təəssüflənmirəm.

Bunu Qazaxıstan Prezidenti Nursultan Nazarbayev “Xəbər” televiziyasına müsahibəsində deyib.

“Bu, hərtərəfli düşünülən qərardır və buna görə təəssüflənmirəm. Birincisi, məni bu illər ərzində seçən xalqa təşəkkür edirəm. İkincisi, bizə dəyişiklik lazım idi. Heç nə yerində dayanmır, yeni insanlar, yeni kadrlar lazımdır. Mən doğru etmişəm”, – deyə o bildirib. (axar.az)