Aşqabadda MDB Dövlət Başçılarının sammiti başlanıb –Prezident İlham Əliyev çıxış edib (YENİLƏNİB)

Oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını salamlayıb.

Sonra birgə foto çəkdirilib.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov qonaqları salamladı və iclasın işinə uğurlar arzulayıb.

Daha sonra MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev Şuranın iclasının gündəliyi barədə məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış edib.

**

Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının iclası keçirilir.

“Report” “Sputnik-Qazaxıstan”a istinadən xəbər verir ki, sammitin gündəliyinə növbəti iclasın keçirilməsi barədə qərar qəbul edilməsi, həmçinin birliyin gələcək sədrinin seçilməsi daxildir.

Azərbaycan Prezidenti  İlham Əliyev iclasda iştirak edir.

MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən iclasından sonra bir sıra çoxtərəfli sənədlərin, o cümlədən Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi ilə əlaqədar birlik xalqlarına və dünya birliyinə müraciətin imzalanması planlaşdırılır.

Qeyd edək ki, 2019-cu ildə Müstəqil Dövlətlər Birliyinə Türkmənistan sədrlik edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkədə pensiya alanların 43 faizi kişidir –

Sonrakı məqalə

Nazarbayev Prezidentlikdən getdiyinə görə təəssüflənmir: