Nazarbayev Təhlükəsizlik Şurasının sədri postundan azad edildi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciət edib.

RİA Novosti xəbər verir ki, Tokayev bu gündən Qazaxıstan Milli Təhlükəsizlik Şurasın sədri səlahiyyətlərini icra edəcəyini elan edib.

Tokayev tezliklə yeni təkliflər paketi ilə çıxış edəcəyini və hazırda paytaxt Astanada olduğunu da qeyd edib. O, paytaxtı tərk etməyəcəyini söyləyib.

Prezident Qazaxıstanda etirazlar zamanı asayiş keşikçiləri arasında qətlə yetirilən şəxslərin olduğunu söyləyib.

Qeyd edək ki, Nursulat Nazarbayev Prezident postundan istefa verdikdən sonra Milli Təhlükəsizlik Şurasına ömürlük sədr seçilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda son sutkada 553 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

İNGİLİS ORDUSUNUN KOMANDANI 1919-İLDƏ NAXÇIVAN BARƏDƏ NƏ YAZIB? –