Nazarbayev xəstəxanadan evə buraxılıb

Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev xəstəxanadan evə buraxılıb.

Bu barədə ölkənin Milli Elmi Ürək Cərrahiyyə Mərkəzi məlumat yayıb.

Mərkəzdən bildirilib ki, Nazarbayev ürək əməliyyatından sonra vəziyyətinin yaxşılaşması səbəbi ilə xəstəxanadan buraxılıb.

Xatırladaq ki, yanvarın 20-də Nazarbayevin mətbuat katibi siyasətçinin ürəyindən əməliyyat olunduğunu və əməliyyatın uğurla keçdiyini açıqlamışdı.

Əvvəlki məqalə

Göyçayda silahlı narkotacirlər saxlanılıb

Sonrakı məqalə

Valyuta məzənnələri