Nazarbayevin qardaşı oğlu Almatıda saxlanıldı –YENİLƏNİB

Qazaxstanın sabiq prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Samat Abişin saxlanılması xəbəri təkzib olunub.

Azpost.info bildirir ki, məlumatı yayan Orda.kz saytının baş redaktoru Gulnara Bajkenova xəbərin təsdiq olunmadığını bildirib.

“Xəbəri verən mənbəmiz səhv edib, məlumat təsdiqini tapmır. Üzürlü sayın, fövqəladə sistemdə çalışırıq. Əsas işimiz oxucularımızı məlumatlandırmaqdır. Anlayışla qarşılanmasını xahiş edirik”-deyə Baş redaktor vurğulayıb.

**

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Samat Abiş Almatıda saxlanılıb.

Bu barədə məlumatı “Orda.kz” nəşri yayıb.

Bildirilir ki, Samat Abiş iki saat əvvəl saxlanılıb.

Qeyd edək ki, yanvarın 5-i Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Samat Abişi ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini vəzifəsindən azad edib. O, 2015-ci ildən sözügedən postda idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türk Dövlətləri Təşkilatı Qazaxıstanla bağlı fövqəladə iclası keçirəcək –

Sonrakı məqalə

Qazaxıstanda aksiyalarda çıxış edən məşhur avtoritet “Arman Dikiy” saxlanılıb –