Nazarbayevin qızı deputatlıqdan istefa verib

dariqa nazarbayeva

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva parlamentin aşağı palatası deputatlığından istefa verdiyini açıqlayıb.

Bu barədə Qazaxıstanın Zakon.kz portalı məlumat yayıb.

“Mən parlamentin deputatı vəzifəsindən istefa vermək və bütün diqqətimi sosial, humanitar, mədəni və xeyriyyəçilik fəaliyyətlərinə yönəltmək qərarına gəldim” -deyə Nazarbayeva yaydığı bəyanatında deyib.

Nazarbayeva Nur Otan partiyasına səs verən Qazaxıstan xalqına, partiya yoldaşlarına və ölkə rəhbərliyinə göstərdikləri etimada görə minnətdarlığını bildirib.

58 yaşlı Dariqa Nazarbayeva 2021-ci ilin yanvarından Milli Məclisin deputatı idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir